Kafedra müdiri: 

Ünvan: Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
Telefon: +(994)12 564-40-07

3768 1

Kafedra haqqında

“Aqrar-sənaye müəssisələrinin iqtisadiyyatı və idarə edilməsi” kafedrası nisbətən cavan kafedra olmaqla 1993-cü ildən fəaliyyət göstərir. Kafedra yarandığı gündən geniş əhatəli elmi-pedaqoji fəaliyyətə başlamış və qısa bir müddətə Universitetdə ən aparıcı kafedralardan birinə çevrilmişdir.

Kafedraya yaranan gündən (1993-2008) 2008-ci ilə qədər i.e.d., professor, əməkdar elm xadimi Əbülfəz Qasımov rəhbərlik etmişdir. Hazırda kafedraya i.e.d., professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü İslam Qarayev rəhbərlik edir.

Kafedranın təşəbbüsü ilə bakalavr və magistr pilləsində “Xarici ölkələrdə aqrar münasibətlər”, “Ərzaq təhlükəsizliyi”, “Aqrobiznes və regional infrastruktur”, “İstehsal ehtiyatlarının idarə edilməsi”, “Torpaqların çirklənmə mənbələri” və digər yeni fənlərin tədrisi aparılır, həmin fənlərin proqramları tərtib edilmişdir. Son iki ildə bakalavr və magistr pilləsi üçün 10-dan çox fənnin proqramı hazırlanmışdır. Məsələn, “Aqrar sferada investisiya qoyuluşu və innovasiya siyasəti”, “Regional iqtisadi siyasət və kəndin sosial-iqtisadi inkişafı”, “Xarici ölkələrin aqrar siyasəti və kənd təsərrüfatının inkişaf təcrübəsi”, “Məhsul istehsalı və emalının müasir texnologiyası”, “Torpağın çirklənmə mənbələri və onun mühafizəsi üsulları”, “Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi”, “Aqrobiznesin iqtisadiyyatı və təşkili”, “İstehsal ehtiyatlarının idarə edilməsi”, “Aqrar-sənaye kompleksinin iqtisadiyyatı və idarə edilməsi”, “Aqrar siyasət və regionların iqtisadiyyatının inkişaf istiqamətləri” proqramları məhz bu qəbildəndir.

Kafedrada “Azərbaycanda regionların sosial-iqtisadi inkişafının sürətlən­dirilməsi problemləri” mövzusunda elmi-tədqiqat işi yerinə yetirilmiş və çox mühüm nəzəri-praktiki əhəmiyyətli təkliflər irəli sürülmüşdür və bu istiqamətdə işlər hazırda da davam etdirilir.

Kafedrada eyni zamanda son illər dərsliklərin və dərs vəsaitlərinin key­fiyyətli hazırlanmasına diqqət artmışdır. Çap edilən “Aqrar-sənaye kompleksinin iqtisadiyyatı”, “Aqrar-sənaye müəssisələrinin iqtisadiyyatı və idarə edilməsi” və “Kənd təsərrüfatının iqtisadiyyatı” dərslikləri müasir dövrün tələbləri səviyyəsində hazırlanmışdır.

Ümumiyyətlə, “Aqrar-sənaye müəssisələrinin iqtisadiyyatı və idarə edilməsi” kafedrası Azərbaycan iqtisad elminin çox vacib sahələri üzrə yüksək ixtisaslı kadr hazırlığı istiqamətində fəaliyyət göstərməklə ölkənin aqrar iqtisadi siyasətinin və strategiyasının formalaşması, onun reallığını, inkişaf qanuna­uyğunluqlarını və meyllərinin öyrənilməsi sahəsində intensiv fəaliyyət göstərən bir kafedradır.

İxtisaslar:

Bakalavr – Aqrar istehsalın iqtisadiyyatı və idarə edilməsi
Magistr – İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (aqrar)

 

Tədris olunan fənlər:

  1. ASK-nin iqtisadiyyatı və idarə edilməsi
  2. Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi
  3. Xarici ölkələrin k/t-nın inkişaf təcrübəsi
  4. ASM-nin infrastrukturu
  5. Aqrobiznesin iqtisadiyyatı və təşkili
  6. Məhsul istehsalı və emalının müasir texnologiyası
  7. Regional iqtisadiyyatın inkişaf istiqamətləri
  8. Aqrar sahədə sahibkarlıq fəaliyyətinin iqtisadiyyatı
  9. Ərzaq təhlükəsizliyi
  10. İstehsal ehtiyatlarının idarə edilməsi

 

Professor-müəllim heyəti:

  1.  (kafedra müdiri)
  2. i.e.d., prof. İbrahimov Eldar Rza  (UNEC-in Fəxri professoru)
  3. i.e.n., dos. Hacıyev Əhməd Hafiz
  4. i.e.n., dos. Xəlilov Vaqif Mehdi
  5. i.e.n., dos. Amanova Lalə Səmədağa
  6. i.e.n., dos. Hacıyev Qalib Bəhram
  7. i.e.n., b/m. Eyvazova Nailə Kamal
  8. i.e.n., b/m. Nəzərəliyev Sadiq Binyamin
  9. müəl. Kərimzadə Mehriban Vaqif (0,5 şt.)