qeyri1_qanira_fotoCabbarova Qənirə Zərgər qızı

20 may 1977-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur.

1994-cü ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra elə həmin ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Qeyri-ərzaq mallarının əmtəəşünaslığı” ixtisasına daxil olmuşdur.

1999-cu ildə həmin institutun bakalavr təhsil pilləsini,
2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin
magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
Həmin  ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Qeyri-ərzaq mallarının əmtəəşünaslığı” kafedrasında laboratoriya müdiri kimi işə başlamışdır.

İşlədiyi müddət ərzində saathesabı dərslər aparmışdır.

2008-ci ildə həmin kafedraya müəllim vəzifəsinə, 2014-cü ildə isə baş müəllim vəzifəsinə seçilmişdir.

Hazırda UNEC-in “İstehlak mallarının ekspertizası” kafedrasının baş müəllimidir.

2015-ci ildən AzTU-nun dissertantıdır.

36 elmi əsərin (22 tezis, 5 məqalə, 1 metodik göstəriş,4  tipik proqram, 2 dərs vəsaiti, 2 dərslik) müəllifidir.

Ailəlidir, bir övladı var.