qeyri1_qanira_fotoCabbarova Qənirə Zərgər qızı

20 may 1977-ci ildə Ermənistan Respublikasının Amasya rayonunda anadan olmuşdur.

1994-cü ildə Bakı şəhərində orta məktəbi bitrdikdən sonra elə həmin ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun Qeyri ərzaq mallarının əmtəəşünaslığı fakültəsinə daxil olmuşdur.

1999-cu ildə həmin institutun bakalavr təhsil pilləsinin,
2001-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

 

*
2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Qeyri ərzaq mallarının əmtəəşünaslığı” kafedrasında laboratoriya müdiri kimi işə başlamışdır.

İşlədiyi müddət ərzində saathesabı dərslər aparmışdır.

2008-ci ildə həmin kafedraya müəllim vəzifəsinə seçilmişdir.
Hazırda “İstehlak mallarının ekspertizası” kafedrasının müəllimidir.

19 tezisin, 1 metodik göstərişin, 1 tipik proqramın və 2 dərs vəsaitinin müəllifidir.

Ailəlidir, bir övladı var.