“Dostluq Kuboku”nun qalibi bəlli oldu

14 MART 2016 | VIEWS:
2763

Martın 13-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” ictimai birliyinin təşkilatçılığı, Azərbaycan İntellektual Oyunlar Klubu və Reduco Tədris Mərkəzinin dəstəyi ilə “Dostluq Kuboku” Tələbələrarası İntellektual Çempionatının final mərhələsi keçirilib.

Finalda iştirakçı universitetlərdən (UNEC, BANM, ADNSU, ADA universiteti, DİA, DGKA) gələn 16 komandalara “Brain Ring” sualları səsləndirilib. Gərgin keçən final mərhələsinin qalibi “Amsterdam” (ADNSU) komandası olub. II yeri “Royal Flush” (BANM) komandası, 3-cü yeri isə “United States of Kurdemir” komandası (ADA universiteti) qazandı.

Qeyd edək ki, “Dostluq Kuboku” Tələbələrarası İntellektual Çempionatının davamlı təşkil olunacağı və iştirakçı universitetlərin sayının artırılacağı planlaşdırılır.

2764 1