“EXUS Business Consulting & Training” şirkəti UNEC tələbələrinə təlim keçib

13 NOYABR 2015 | VIEWS:
2596

Noyabrın 12-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kommersiya fakültəsinin tələbələrinə “EXUS Business Consulting&Training” şirkəti “Kommersiya müəssisələrində biznes infrastrukturunun formalaşdırılması” mövzusunda təlim keçib.

Təlimdə şirkətin direktoru Ənvər Yavəroğlu tələbələrə müştəri məmnuniyyətinin artırılması, idarəetmə strukturunun təhlili, müasir satış, insan faktorunun biznesdəki yeri və rolu haqqında geniş məlumat verib.

Ticarət kafedrasının professoru Aydın Səmədov kommersiya elminin biznesin inkişafındakı rolundan danışıb, təsnifləşdirilməsi istiqamətlərini təhlil edib.

Kommersiya fakültəsinin dekanı Mirağa Əhmədov təlimlərin gələcək məzunların biznes fəaliyyətində böyük rol oynayacağını bildirib.

*

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və qonaqlara üzərində UNEC-in loqosu əks olunan hədiyyələr və yeni çap olunan kitablar hədiyyə edilib.

2597 3