rov19_112647i.e.n., dos. Əkbərov Rövşən Məmməd oğlu

1949-cu il avqustun 1-də Bakı şəhərində anadan olub.

1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib.

1974-1981-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun “Makroiqtisadi sistemlərin optimallaşdırılması” laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışıb.

1977-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) “İqtisadi kibernetika” kafedrasının aspiranturasına daxil olub və 1981-ci ildə bitirib.

1983-cü ildə Azərbaycan EA-nın Kibernetika İnstitutunun İxtisaslaşmış Elmi Şurasında 08.00.13 –  “İqtisadi-riyazi üsullar” ixtisasi üzrə “Müttəfiq respublikanın qeyri-istehsal sahələrinin inkişafının ekonometrik modeli” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1981-1991 illərdə Dövlət Plan Komitəsinin nəzdində olan Hesablama Mərkəzində PHAS şöbəsinin müdiri vəzifəsində çalışıb.

1991-1995 illərdə Dövlət Plan Komitəsi nəzdində olan Elmi-Tədqiqat İnstitutunda (sonradan İqtisadi İslahatlar Mərkəzi) şöbə müdiri vəzifəsində çalışıb.

1996-2005 illərdə Ali Diplomatiya Kollecində Hesablama mərkəzinni müdiri, İqtisadiyyat və hüquq fakültəsinin dekanı vəzifələrində çalışib.

*

2006-2014 illərdə Milli Aviasiya Akademiyasında “Dünya iqtisadiyyatı” kafedrasının dosenti, “İqtisadiyyat və hüquq” fakültəsinin dekanı vəzifələrində çalışıb.

2014-ci ildən UNEC-in 2014-cü ilin iyulundan “Distant, Qiyabi və Əlavə təhsil” mərkəzinin direktor müavinidir.

2014-2017 illərdə  “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının, 2017 ilin sentyabrından isə RİM-nin “İqtisadiyyat” kafedrasının dosentidir.

70 məqalənin, 2 dərs vəsaitinin, 4 monoqrafiyanın müəllifidir.

“İqtisadiyyatın canlanması üçün yeni bazarlar: Azərbaycan” mövzusunda  Nobel mükafatı laureatı Finn E.Kidlendin rəhbərliyi altında  İspaniya Kral Akademiyasının layihəsində iştirak edib (2011 il).

Barselona Biznes və Sosial elmlər Məktəbinin xarici professorudur.

UNEC-in Dissertasiya Şurası nəzdində fəaliyyət göstərən Daimi Elmi Seminarın “Ümimi iqtisadiyyat” bölməsinin rəhbəri və AAK-a təqdim olunacaq sənədlərin ekspertizası üzrə komissiyanın üzvüdür.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

dos. R.Əkbərov UNEC NEWS-da

UNEC alimlərinin məqaləsi “Web of science”da (29.03.2018)
UNEC dosenti Avropanın nüfuzlu universitetinin professoru seçilib (30.11.2016)

rov9_104335  rov19_11264117  rovcional02