emek_zohra_fotoi.e.n., dos. Mustafayeva Zöhrə İsmayıl qızı

27 noyabr 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1976-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Əməyin iqtisadiyyatı” ixtisası üzrə bitirmişdir.

1988-ci ildə Azərbaycan Respublikasının MEA-nın İİ-da namizədlik dissertasiyasını müdafiə etmiş və 1988-ci ildə iqtisad elmləri namizədi elmi dərəcəsinə nail olmuşdur (Moskva şəhəri).

1992-ci ildə baş elmi işçi (Moskva şəhəri), 1994-cü ildə dosent elmi adını (Bakı şəhəri) almışdır.

1990-ci ildən Azərbaycan Dövlət İqtisad İnstitutumda “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasında dosent vəzifəsində çalışır.

1990-ci ildən 2014-cü ilə kimi Müdafiə Şurasının üzvü və elmi katibi olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

40-dan artıq elmi-metodiki əsərlərin müəllifidir, o cümlədən: 6 dərslik və dərs vəsaiti, 8 fənn üzrə tədris proqramları, beynəlxalq elmi-praktiki material, elmi-praktiki konfransların tezisleri, məqalələr və s.

Ailəlidir. İki övladı və iki nəvəsi var.