emek_zohra_fotoi.e.n., dos. Mustafayeva Zöhrə İsmayıl qızı

27 noyabr 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1971-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna “Əməyin iqtisadiyyatı” ixtisasına daxil olmuşdur.
1976-cı ildə həmin institutu bitirmişdir.

1992-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.

*
30-dan artıq elmi-metodiki əsərin müəllifidir. Onlardan 6-sı dərs vəsaitidir.

1988-ci ildə MEA-da namizədlik dissertasiyasını müdafiə etmişdir.

1990-cı ildən müdafiə şurasının üzvü və elmi katibidir.

1992-ci ildə baş elmi işçi elmi adını, 1993-cü ildə dosent elmi adını almışdır.

Ailəlidir, iki övladı, iki nəvəsi var.