in2_valiyev_habibi.e.n., dos. Vəliyev Həbib Məmməd oğlu

01 may 1948-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur.

1971-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) Maliyyə fakültəsini bitirmişdir.

1971-ci ildə istehsalatdan ayrılmaq şərtilə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Siyasi iqtisad” kafedrasının nəzdində aspiranturaya daxil olmuşdur.

1972-1973-cü illərdə ordu sıralarında xidmət etmişdir.

1975-ci ildə aspiranturanı bitirmişdir.

1985-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.

1976-cı ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Siyasi iqtisad” kafedrasında (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi nəzəriyyə-2” kafedrasında) müəllim, baş müəllim, “Maliyyə-2” fakültəsində dekan müavini vəzifələrində çalışıb.

 

*

UNEC-in “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının dosentidir.
Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktor müavinidir.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

40-a yaxın elmi-metodiki əsərin müəllifidir, eyni zamanda “İqtisadi nəzəriyyə” və “İqtisadi təlimlər tarixi” dərsliyinin yazılmasında iştirak etmişdir.

Ailəlidir, iki övladı və üç nəvəsi var.

habib7fd0b2ff61c08c510ahebib