II ixtisas qrupu üzrə 700 bal toplayan abituriyentlərin seçimi – UNEC

11 SENTYABR 2017 | VIEWS:
2071

2017/18-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında uğur qazanaraq, UNEC tələbəsi adına layiq görülənlər barədə nəticələr açıqlanıb.

Bu il UNEC-də qəbul planı yerləri ötən iki illə müqayisədə yenə də yüksək nəticə ilə – 96.6 faizlə yerinə yetirilib. Belə ki, UNEC-ə qəbul planı üzrə 3415 yerin 3300-nə tələbə qəbulu həyata keçirilib. Fakültələr üzrə daha yüksək göstərici Maliyyə və muhasibat fakültəsində qeydə alınıb. Bu fakültəyə qəbul planı 99.6 faiz yerinə yetirilib.

Bu il ən yüksək bal toplayanların UNEC-ə qəbul sayında da ciddi irəliləyiş var. II ixtisas qrupu üzrə 600 və daha yüksək bal toplayan 481 nəfərin 288-nin, yəni 60 faizinin (I ixtisas qrupu üzrə isə 2 nəfər) seçimi məhz UNEC olub.

Bu tədris ilində də II ixtisas qrupu üzrə 700 ballıq nəticə göstərən abituriyentin hər ikisi – Cavad Əliyev və Arzu Məmmədzadə UNEC-i seçib. Qeyd edək ki, ötən il də II qrup üzrə iki abituriyent 700 bal toplamışdı. Onlardan təhsilini Azərbaycanda davam etdirən Şahbaba Məmmədov UNEC-in Beynəlxlaq İqtisadiyyat Məktəbi qəbul olunmuşdu.

Beləliklə, 600 və daha yüksək balla UNEC-ə qəbul olan 290 abituriyentdən 2 nəfər 70070 nəfər 650-680 bal toplayıb.

UNEC-ə qəbulun nəticələrinə əsasən, orta balda da artım müşahidə edilib. Universitet üzrə 2014 və 2015-ci illərdə göstərici 391 və 396 bal olduğu halda, 2017-ci ildə bu rəqəm 412 bala qədər yüksəlib, Azərbaycan bölməsi üzrə isə 420 bal olub. Orta bal göstəricisinin maksimal həddi Beynəlxalq İqtisadiyyat Məktəbində qeydə alınıb. Belə ki, 2015-ci illə müqayisədə göstərici 96 bal artaraq 2016-ci ildə 635, bu il isə ötən illə müqayisədə 10 bal artaraq 645 bal olub.

Müsbət məqamlardan biri də odur ki, universitetə qəbul olan tələbələrin 99.9 faizdən çoxunun ilk seçimi məhz UNEC olub.

2072 1