“QS Regional Reytinqi 2018” – UNEC 30 pillə irəliləyib

17 OKTYABR 2017 | VIEWS:
2447

QSQS Reytinq Agentliyinin 2018-ci il üçün “QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlində UNEC regionun 161-170 ən yaxşı universiteti arasında qərarlaşaraq, ötən ilki nəticə ilə müqayisədə 30 pillə yüksəlib.

Məlumat üçün bildirək ki, bu regionda 2938 ali təhsil müəssisəsi var. Bu göstərici UNEC-i “İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” universitetləri arasında ilk 5.5% ən yaxşı universitet sırasında qərarlaşdırır. Ötən bir il ərzində UNEC topladığı balla qlobal ortalamada performasını 23% yaxşılaşdırıb.

Ötən il Azərbaycan universitetləri arasında 5-ci yerdə qərarlaşan UNEC, 8 indikator üzrə topladığı balları artıraraq, builki nəticələrə görə iki pillə yüksəlib və ən reytinqli 3-cü Azərbaycan universiteti olub. İxtisaslaşmış Azərbaycan universitetləri arasında isə UNEC birinci yerdədir.

UNEC iqtisad yönümlu universitetlər arasında regionuun 4-cü ən yaxşı universiteti statusunu bir daha təsdiqləyib.

“Akademik Reputasiya”- UNEC regionda 100-cüdür!

QS reytinqində ən yüksək göstəricini universitetlərin “Akademik Reputasiyası” indikatoru tutur. Bu inkdikatorun regional reytinqdəki çəkisi 30%-dir. “Akademik reputasiya” indikatoru üzrə göstəricilər ali təhsil müəssisələrinə öz akademik fəaliyyətlərinin mövcud vəziyyətini təhlil etmək imkanı verir. Bu zaman dünya üzrə rəy verənlərin cavabları əsas götürülür. Qiymətləndirmə zamanı 2017-ci ildə 70 mindən çox rəy toplanıb. Akademik reputasiya indikatoru üzrə UNEC 34.1 bal toplayaraq 100-cu ən yaxşı nəticəni əldə edib.

“İşəgötürənlər Reputasiyası” – UNEC mövqeyini 2 dəfə yaxşılaşdıraraq, regionda 87-ci olub

QS regional reytinqində ikinci ən böyük çəkiyə 20%-lə işəgötürənlər arasında reputasiya indikatoru tutur. Bu ilki QS regioanal reytinqinin işəgötürənlər arasında reputasiya indikatorunun hesablanma metodologiyasında dəyişiklik edilib. Bu il işəgötürənlər arasında reputasiya hesablanan zaman qlobal və yerli rəylər bərabər -50% götürülüb. Həmin indikator üzrə ümümilikdə bu il 30 mindən çox rəy toplanıb. UNEC-in dünya və yerli işgüzar dairələrdə artan nüfuzunun göstəricisi olaraq müxtəlif biznes qurumlarının rəhbər və nümayəndələrinin verdiyi səsvermə əsasında bu il təxminən iki dəfəyə yaxın irəliləyişə nail olunub. Belə ki, UNEC 39.9 balla (ötən il 22.2) regionda 87-ci ən yaxşı nəticəni əldə edib.

Əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına olan nisbəti indikatoru üzrə UNEC 13.3 bal (ötən il 10.8) toplayaraq regionda 120-ci ən yaxşı nəticəni göstərib.

2448 1