qeyri_yegana_fototex.f.d., b/m. Cəfərova Yeganə Nurəddin qızı

4 mart  1979-cu ildə  Bakı  şəhərində  anadan  olmuşdur.

1996-cı  ildə Bakı şəhər 5 saylı  orta  məktəbi bitirmişdir.

1996-cı  ildə Bakı  Əmtəəşünaslıq-Kommersiya  İnstitutunun  Qeyri-ərzaq  mallarının əmtəəşünaslığı fakültəsinə daxil olub, 2000-ci  ildə  Azərbaycan Dövlət İqtisad Universitetinin  həmin ixtisas üzrə bakalavr  pilləsini, 2002-ci ildə  magistratura  pilləsini  Fərqlənmə  diplomları  ilə  bitirmişdir.

2002-ci ildə İqtisad Universitetinin  “İstehlak  mallarının  keyfiyyət  ekspertizası” kafedrasının assistenti, 2013-cü ildən isə  baş  müəllim vəzifəsində  çalışır.

2013-cü ildə  ANKPİ-də namizədlik  dissertasiyası müdafiə  edərək  texnika üzrə  fəlsəfə  doktoru  elmi  dərəcəsi  almışdır.

Magistr dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın katibidir.

32  elmi  əsərin (14 tezis, 8 məqalə,  5 tipik  proqram,  1 metodik  göstəriş,  4 dərslik) müəllifidir.

Ailəlidir,  iki övladı var.