UNEC-də “Ekonomiks dərsləri”

01 MAY 2017 | VIEWS:
3316

UNEC-də “Ekonomiks dərsləri” adlı yeni layihəyə start verilib.

EcoLab, İqtisadiyyat fakültəsi və UNEC Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə reallaşdırılan layihənin məqsədi magistraturaya hazırlaşanlara 26-cı proqram üzrə lazım olacaq zəruri makroiqtisadiyyat və mikroiqtisadiyyat biliklərini çatdırmaqdır. Layihədən mikroiqtisadiyyat və makroiqtisadiyyatdan imtahanlara hazırlaşan magistr, bu fənlərdən kəsiri olub, alt qruplardan dərs alan bakalavrların faydalana biləcəyi də nəzərdə tutulub. “Ekonomiks dərsləri” qeyd edilən qruplara aid olmayan, lakin bu sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən tələbələrə zəruri biliklərin verilməsini də hədəfləyib. Eyni zamanda, iqtisadiyyat üzrə təhsil almayan, ancaq iqtisadiyyata marağı olan digər fakültələrdə təhsil alan tələbələrinin bu sahədə baza biliklərə yiyələnməsinə şərait yaradacaq.

Layihə çərçivəsində UNEC-in “Beynəlxalq iqtisadiyyat” kafedrasının gənc müəllimləri Seymur Əliyev, Mirsahib Eminov, Təhmasib Əlizadə, Əhliman Abbasov və Rövşən Camalov iqtisadiyyata giriş – tələb və təklif, resursların məhdudluğu və tələbatların sonsuzluğu, alternativ xərclər, fərdi tələb, bazar tələbi və tələbin determinantları, Marşal və Hicks analizi, Kurno, Edvort və Sveezy modelləri, elastiklik anlayışı, istehlakçı davranışı, istehlakçı tarazlığı və digər mövzularda mühazirələr oxuyacaqlar.

Bir ay boyunca davam edəcək “Ekonomiks dərsləri”ndə kurs və fakültə fərqi olmadan UNEC-in bütün ixtisaslarında təhsil alan bakalavr və maqistrlər iştirak edə bilərlər. “Ekonomiks dərsləri” hər biri 90 dəqiqə olmaqla, həftədə 2 dəfə – III və VI günlər, saat 14:00-da təşkil edilir. Mühazirələrdə iştirak ödənişsizdir.

Gələcəkdə “Ekonomiks dərsləri”nin video dərslər kimi hazırlanması nəzərdə tutulub.

3317 3