UNEC “II İstanbul dövlət-özəl əməkdaşlığı həftəsi”ndə təmsil edilib

10 NOYABR 2016 | VIEWS:
2129

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri, i.f.d. Elşən Bağırzadə “II İstanbul Dövlət-Özəl Sektor Əməkdaşlığı (PPP) Həftəsi” çərçivəsində keçirilən təlimlərdə və “II İstanbul PPP Sammiti”ndə iştirak edib. Tədbir Türkiyə Respublikası İqtisadiyyat Nazirliyi, Xarici İqtisadi Əlaqələr Şurası (DEİK), “İstanbul PPPCoE”, İstanbul Birjası və Boğaziçi Universitetinin təşkilatçılığı ilə baş tutub.

Boğaziçi Universitetinin mərkəzi kampusunda təşkil edilən tədbirə ABŞ, Avropa, Cənubi-Şərqi Asiya ölkələri, həmçinin də Avstraliya, Türkiyə, İraq, Qazaxıstan, Keniya, Mərakeş, Mozambik, Filippinlər və Nigeriyanın nüfuzlu universitetlərinin professorları və dövlət qurumlarının təcrübəli mütəxəssisləri, eyni zamanda 30-dan çox ölkəni təmsil edən təlim iştirakçırıl qatılıb. Təlimlərdə dövlət-özəl sektor əməkdaşlığında qeyd edilən ölkələrin təcrübələri geniş təhlil edilib.

Proqram “II İstanbul PPP Sammiti” ilə yekunlaşıb. Sammitdə xarici ölkələrin nümayəndələri ilə yanaşı, Türkiyənin dövlət, hökumət rəsmiləri, özəl sektorun, universitetlərin və medianın təmsilçiləri iştirak edib.

İştirakçılar Boğaziçi Universitetinin fəaliyyəti ilə də yaxından tanış olublar.

2130 1