UNEC-in “Qərargah”ı Lent.az-ın əməkdaşına həvalə edilib

17 YANVAR 2017 | VIEWS:
2387

UNEC-də 2016/17-ci tədris ilinin qış imtahan sessiyası davam edir. İctimaiyyətə açıq keçirilən imtahanların gedişini Lent.az saytının müxbiri Fərizə Əhmədova müşahidə edib.

SABAH tələbələrinin yazılı imtahalarında iştirak edən jurnalist heç bir neqativ halla rastlaşmadığını bildirib: “Tələbələr biletləri Azərbaycan və ingilis dillərində cavablandırırdılar. İmtahan vərəqələri ilə tanış oldum, fikirlərini çox ətraflı və səlis izah etməklərini bəyəndim. İmtahandan sonra onlarla söhbət edəndə əsasən dərsdən kənar sualların olub-olmaması ilə maraqlandım. Bildirdilər ki, keçmədikəri heç bir sualla rastlaşmayıblar”.

Yazılı imtahan nəticələrinin yoxlanılması prosesi ilə də tanış olan F.Əhmədova UNEC-də yaradılan “Qərargah”da tələbələrin müraciətlərini dinləyib. Lent.az-ın əməkdaşı iş gününün sonunda “Qərargah”a daxil olan müraciətlər barədə unec.edu.az saytına məlumat verib: “Əvvəlcə müraciətlərin daha çox olacağını zənn edirdim. Amma gün ərzində əsasən sorğu xarakterli suallar verilirdi. Bir balaca araşdırma aparanda məlum oldu ki, ötən imtahan sessiyasında da, bu il də tələbələrin ən çox verdiyi sualların cavabları qısa videolar şəklində hazırlanaraq, sosial şəbəkələrdə yayımlanıb. Bu da tələbələrin bütün suallarına daha operativ cavab almasını təmin edir. Bunun bir yaxşı tərəfi də var ki, bu videolardan tək UNEC tələbələri yox, bütün tələbələr faydalana bilirlər”.

2388 1