“UNEC istedadları”: aktyor tələbə

22 DEKABR 2017 | VIEWS:
2232

“UNEC istedadları” layihəsində bu dəfə UNEC-in II kurs tələbəsi İlham Quliyevi tanıyacaqsınız.

İlham Quliyev 1999-cu ildə Sumqayıtda anadan olub. Orta təhsilini Sumqayıt şəhər 23 saylı orta məktəbdə alıb. İlham hələ kiçik yaşlarından şeirə və aktyorluğa həvəs göstərib. Bədii qiraət və aktyorluq dərnəyinin üzvü olub, müxtəlif tədbirlər, o cümlədən hərbi hissələrdə şeirlər səsləndirib, səhnəciklərlə çıxış edib. Respublikadaxili müsabiqələrdə iştirak edən İlham “Ana dilimizi sevək və sevdirək” beynəlxalq müsabiqəsində səsləndirdiyi şeirə görə gümüş medal qazanıb.

İ.Quliyev 2016-cı il qəbul imtahanlarında 625 bal toplayaraq UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinə daxil olub. Hazırda mühasibat uçotu və audit ixtisası üzrə təhsil alır. UNEC-in Yaradıcılıq Mərkəzinin üzvü olan İlham universitetdaxili tədbirlərdə fəal iştirak etməklə yanaşı, tələbələrin iştirakı ilə hazırlanan tamaşalarda əsas rolları ifa edir. Mərhim xalq artisti Mikayıl Mirzənin pərəstişkarı olan  gənc istedad aktyorluğa və bədii qiraətə həvəsinin daha da artdığını deyir, gələcəkdə bu sənəti peşəkar olaraq davam etdirməyi düşünür.

Aqşin Yenisey – “Əlvida” 

Nəsimi – “Etməgil”

UNEC istedadları

Rəhilə Məmmədzadə – “UNEC istedadları”: memar və müğənni (8.12.2017)

“UNEC istedadları” – “Best Model of Azerbaijan 2017” qalibi (1.12.1017)

Sərxan Cəfərov – “UNEC istedadları” –  şair və rəssam  (27.11.2017)

Elnur Musayev – “UNEC istedadları”- fotoqraf magistr (17.11.2017)

Seymur Ələkbərov – “UNEC istedadları” – model tələbə (10.11.2017)

Anar Bağırov –“UNEC istedadları” – gitaraçı tələbə (27.10.2017)

Baba Aslanov – “UNEC istedadları” – tələbə tarzən (20.10.2017)

Aslan Əzimzadə – “UNEC istedadları” – tələbə vokalçı (13.10.2017)

Ləman Əkbərova – UNEC istedadları” – tələbə şairə (06.10.2017)

Azad İsmayılzadə – “UNEC istedadları” – rəssam tələbə (29.09.2017)

2233 2