UNEC tələbələri arasında “müdriklik” yarışı

11 MART 2016 | VIEWS:
1905

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Gənclər Təşkilatı (TGT) tələbələrin psixologiya sahəsində olan biliklərini artırmaq və onları iqtisadi psixologiya ilə bağlı məlumatlandırmaq məqsədi “Müdriklər” adlı layihə həyata keçirib. İki hissədən ibarət olan layihənin birinci hissəsində tələbələrə psixologiya mövzusunda məlumatlar verilib, onlara “Müdrik” obrazı aşılanıb.

“Müdrik şəxs çox bilən deyil, biliyi xeyirli olandır” devizi altında keçirilən tədbirin ikinci hissəsində isə psixologiyaya aid suallar əsasında müdrik obrazını özündə aşkar edən tələbələr seçilib.

Sonda 20 tələbə “Müdrik” elan edilib. “Müdrik”lərə xüsusi hədiyyələr və sertifikatlar təqdim edilib.

1906 1