UNEC tələbəsi “Gənclər Mükafatı”na layiq görülüb

03 FEVRAL 2017 | VIEWS:
2707

2 Fevral – Gənclər Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər rəsmi şəxslər iştirak edib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu gün gənclər üçün böyük bir bayramdır: “Bu il Azərbaycanda gənclər gününün qeyd olunmasının 20-ci ildönümüdür. Bu böyük bir yoldur. Biz bu müddət ərzində çox işlər görmüşük. Azərbaycan gənclər siyasəti sahəsində dünyəvi bir model yaradıb və bu model dünya ölkələrində, beynəlxaq təşkilatlarda qəbul olunur. Gənclər Prezidentin ətrafında birləşib və parlaq Azərbaycan naminə çalışırlar. Bizim gəncliyimiz həmişə öndə olacaq, Ulu öndərin ideyaları həyata keçəcək”.

Tədbirdə həmçinin, uğur qazanan istedadlı və yaradıcı gənclərin mükafatlandırılması da baş tutub. Bu il 28 yaradıcı və istedadlı gənc Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb. Bundan əlavə, keçən ildəki uğurlu fəaliyyətlərinə görə, Gənclər günü münasibəti ilə bir sıra gənclər təşkilatları və tələbə gənclər təşkilatı da təltif olunub.

Təltif olunanlar sırasında UNEC tələbəsi Cabbar Hüseynli də var. Maliyyə və Mühasibat fakültəsinin III kurs tələbəsi Cabbar Hüseynli Gənclər və İdman Nazirliyinin “Gənclər Mükafatı”na layiq görülüb.

Qeyd edək ki, Cabbar Hüseynli, ötən il “Gənclərin Birinci Forumu”nun 20 illiyi münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qəbulunda iştirak edib.

 

2708 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser