SDU-da elmi konfrans keçiriləcək

02 APREL 2026

Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamını əsas tutaraq 15 aprel 2026-cı il tarixində Sumqayıt Dövlət Universitetində “Azərbaycanın qədim və müasir yaşayış məntəqələrinin şəhərsalma və memarlıq ənənələrinin tarixi, iqtisadı səmərəliyi və elmi-texniki əsasları” mövzusunda Respublika Elmi konfransı keçiriləcəkdir.

Konfransda Respublikamızda qədim və müasir dövrlərdə mövcud olan şəhər və kəndlərinin şəhərsalma və memarlıq ənənələrinin tarixi, iqtisadı səmərəliyi və elmi-texniki əsaslarına uyğun mühüm məsələlər üzərində müzakirələrin aparılması, yeni tədqiqatlar barədə məlumatların və əldə olunan nəticələrin paylaşılması nəzərdə tutulur.

Konfransa təqdim edilən tezislər sosial və humanitar, təbiət və texnika elmi istiqamətlər üzrə qəbul olunur. Təqdim olunan tezislərdə aparılmış tədqiqatın nəticələri dəqiq göstərilməli və tətbiq sahələrinə dair təkliflər qeyd olunmalıdır. Əsaslandırılmış mühüm nəticə və təklifləri olan tezislərə üstünlük veriləcək, seçilmiş tezislərin müəlliflərinə uyğun mövzuda məqalələrini SDU Elmi xəbərlər jurnalında dərc olunması təklif olunacaq.

ƏTRAFLI MƏLUMAT