ADAU-da SciNext 2026: Magistrantlar və gənc tədqiqatçıların respublika elmi konfransı keçiriləcək

29 YANVAR 2026

9 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində “SciNext 2026: Magistrantlar və gənc tədqiqatçıların respublika elmi konfransı keçiriləcək.

Konfransın əsas məqsədi magistrantların və gənc tədqiqatçıların elmi fəaliyyətə marağını artırmaq, onların tədqiqat nəticələrinin paylaşılmasına şərait yaratmaq, eləcə də elmi müzakirələr və akademik əməkdaşlıq üçün platforma formalaşdırmaqdır.

Respublika səviyyəsində keçiriləcək bu elmi tədbirdə müxtəlif sahələr üzrə aktual elmi problemlər, innovativ yanaşmalar və müasir tədqiqat istiqamətləri müzakirə olunacaq. Konfrans gənc alimlərin elmi potensialının üzə çıxarılması, elmi şəbəkələşmənin gücləndirilməsi və gələcək tədqiqatlar üçün yeni imkanların yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Konfransda iştirak etmək arzusunda olanlar üçün ətraflı məlumat əlavə olunur.

ƏTRAFLI MƏLUMAT