Yarışın məqsədi tələbə və şagirdlər arasında gənc istedadların aşkara çıxarılması, beynəlxalq yarış təcrübəsinin qazanılması və müxtəlif ölkələrdən olan iştirakçılar arasında təcrübə və bilik mübadiləsinin təşviq edilməsidir.
Yarışda iştirak etmək istəyənlər www.airo.az saytı üzərindən 1 mart tarixinədək qeydiyyatdan keçməlidirlər.
Qaliblər Gənclər və İdman Nazirliyinin dəstəyi ilə dekabr ayının birinci həftəsi Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək “All Japan Robot Sumo Tournament” yarışmasında Azərbaycanı təmsil edəcəklər.
Ümumilikdə 12 kateqoriya üzrə yarışmacıların mübarizə aparması nəzərdə tutulur.