Ayaqqabı istehsalı sahəsində fəaliyyət göstərən Bafco İnvest MMC gənc və perspektivli kadrlar üçün Təchizat və satınalma üzrə mütəxəssis vəzifəsi üzrə ödənişli təcrübə proqramı elan edir.
Vəzifə öhdəlikləri:
- Təchizat və satınalma proseslərində iştirak
- Yerli və xarici tədarükçülərlə yazışmaların və danışıqların aparılması
- Sifarişlərin hazırlanması, idarə edilməsi və izlənməsi
- Bazar araşdırması və qiymət təhlillərinin aparılması
- Şirkət daxilində əlaqəli şöbələrlə koordinasiya
Tələblər:
- Təchizat və satınalma sahəsinə maraq
- Azərbaycan, İngilis və Rus dillərində sərbəst yazı və danışıq
- Analitik düşünmə, ünsiyyət bacarığı və məsuliyyətlilik
- Yeni bilikləri öyrənməyə açıq olmaq
- MS Office proqramları üzrə biliklər
İş rejimi:
- İş saatları: 09:00–18:00
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş yeri: Bakı şəhəri
Əməkhaqqı və təcrübə:
- Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı razılaşdırılacaqdır
- Təcrübə: Təcrübə müddəti ödənişlidir
- Təcrübəni uğurla tamamlayan namizəd daimi işlə təmin olunacaq
Təklif etdiklərimiz:
- Praktiki şəkildə mütəxəssis kimi yetişdirilmə imkanı
- Peşəkar mühitdə real iş təcrübəsi
- Komanda ilə işləmə və inkişaf perspektivi
- Uğurlu namizədə daimi və stabil iş imkanı
- Əməkhaqqı + bonus
Maraqlanan tələbə və məzunlar CV-lərinizi 12 yanvar tarixinədək “Təchizat və satınalma üzrə mütəxəssis” mövzu başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.