BAFCO Invest MMC ödənişli təcrübə proqramına qəbul elan edir

22 YANVAR 2026

Ayaqqabı istehsalı sahəsində fəaliyyət göstərən BAFCO Invest MMC “Marketing and Export Sales” istiqaməti üzrə ödənişli təcrübə proqramına tələbə və yeni məzun namizədlərin qəbulunu elan edir.

İş şəraiti:

  • Rəsmi əmək müqaviləsi;
  • 5 günlük iş qrafiki;
  • İş saatları: 09:00 –18:00;
  • Nahar fasiləsi: 13:00 –14:00;
  • Şirkət tərəfindən mobil nömrə ilə təminat;
  • Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun təyin olunur;
  • İş yeri: Bakı şəhəri.

Namizədə tələblər:

  • Azərbaycan, İngilis və Rus dillərində sərbəst yazı və danışıq bacarığı;
  • MS Office və əsas ofis proqramlarında işləmə bacarığı;
  • Öyrənməyə açıq, məsuliyyətli və güclü ünsiyyət qabiliyyəti;
  • Marketing və ixrac satış sahəsinə maraq (üstünlük hesab olunur).

Təklif olunan imkanlar:

  • Praktiki şəkildə mütəxəssis kimi yetişdirilmə;
  • Peşəkar mühitdə real iş təcrübəsi;
  • Komanda ilə işləmə və inkişaf perspektivi;
  • Təcrübə proqramını uğurla başa vuranlar üçün daimi və stabil iş imkanı;
  • Əməkhaqqı.

Son müraciət tarixi: 30.01.2026

Uyğun namizədlər CV-lərini “Marketing and Export Sales” başlığı ilə
[email protected] elektron poçt ünvanına göndərə bilərlər.