Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı keçiriləcək

04 SENTYABR 2025

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə 16-17 dekabr 2025-ci il tarixlərində “Konstitusiya və Suverenlik İlinə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı” (NASCO XXVIII) keçiriləcək.

Konfransda ölkəmizin müxtəlif ali təhsil və elmi-tədqiqat müəssisələrində fəaliyyət göstərən doktorant və gənc tədqiqatçılar iştirak edə bilərlər. Konfransın əsas məqsədi gəncləri elmi yaradıcılığa cəlb etmək, onların elmi tədqiqat işlərinin müzakirəsini təşkil etmək və ictimai platformalara çıxarmaqdır.

Konfransın əsas istiqamətləri aşağıdakılardır:

  • Təbiət elmləri
  • Mühəndislik
  • Riyaziyyat və İKT
  • Sağlamlıq və ətraf mühit
  • Sosial və humanitar elmlər
  • İctimai elmlər və s.

Elmi məqalələr 10 oktyabr 2025-ci il tarixinə kimi konfransın rəsmi veb səhifəsində onlayn şəkildə qəbul olunacaq.

ƏTRAFLI MƏLUMAT VƏ QEYDİYYAT