1-ci kurs tələbələri də 2023/2024-cü tədris ili üçün qeydiyyatdan keçə bilərlər.
Proqrama qəbul olan UNEC tələbələri 3-cü kurs təhsillərini Montpellier Universitetində davam etdirəcəklər. Bu zaman Fransada oxuduqları müddətdə tələbələrimizə Montpellier Universitetinin tələbə kartları veriləcək. Kursun sonunda tələb olunan kreditləri qazanan tələbələr UNEC-ə qayıdaraq, təhsillərini 4-cü kursdan davam edəcəklər.
Əsas qəbul şərtləri:
Tərəfdaş universitet – Montpellier Universiteti
Müddət – 1 il
Tədris dili – İnglis dili
Təhsil haqqı – 2250 avro
Qeydiyyat haqqı – yoxdur
Tədrisin başlanması – 2022-ci il, sentyabr
Tədrisin bitməsi – 2023-ci il, aprel
Son müraciət tarixi – 10 may 2022-ci il
Sənədlər bir fayl şəklində (pdf formatinda) aşağıdakı ardıcılıqla təqdim olunmalıdır:
*
Məlumat əldə etmək və sənədləri təqdim etmək üçün:
UNEC, Beynəlxalq Əməkdaşlıq Departmenti, 115-ci otaq.
E-mail: [email protected]
Xaricdə təhsil proqramları (ikili diplom və mübadilə proqramları) haqqında məlumat almaq istəyən tələbələri hər həftənin 2-ci günləri saat 15:00-da, 4-cü günləri isə saat 11:00-da onlayn konsultasiyalara qoşulmaq üçün dəvət edirik.