IJGKSF peer-reviewed (rəylərlə yoxlanılmış) elmi jurnal olaraq gender tədqiqatları, bilik istehsalı və sosial gələcək mövzularında multidisipliner tədqiqatları dəstəkləyir. Jurnal akademiklər, tədqiqatçılar və sahə mütəxəssisləri üçün yüksək səviyyəli, elmi cəhətdən dəyərli və orijinal biliklərin paylaşılmasına imkan yaradır. Jurnal açıq girişlidir və məqalələr üçün heç bir müəllif ödənişi (APC) tələb olunmur.
Jurnal aşağıdakı mövzular üzrə məqalələri qəbul edir:
Nəşr siyasəti:
Bütün məqalələr double-blind peer-review (iki mərhələli anonim rəy) prosesindən keçəcək.
Yalnız yüksək keyfiyyətli, elmi töhfəsi olan məqalələr qəbul ediləcək.
Məqalələr elmi orijinallıq, analitik dərinlik və empirik və ya nəzəri töhfə təqdim etməlidir.
Məqalə qəbulu üçün son tarix: 20 fevral, 2026
Məqalələrin göndərilməsi üçün e-mail: [email protected]
Jurnalın linki: https://journals.unec.edu.az/ijgks_wrc/about
Jurnal bütün dünyadan tədqiqatçıları, akademikləri və praktikləri gender, bilik və sosial transformasiya mövzularında elmi biliklərini bölüşməyə dəvət edir. UNEC və WRC tərəfindən dəstəklənən IJGKSF, gender elmləri üzrə araşdırmaların inkişafına və sosial gələcək üzrə düşüncələrin formalaşmasına xidmət edir.