“Mevlana Mübadilə Proqramı”na sənəd qəbulu başladı

13 MART 2015

Türkiyə Respublikasının Ali Təhsil Nazirliyi (Yüksək Öğretim Kurumu – YÖK) tərəfindən həyata keçirilən “Mevlana Mübadilə Proqramı”na sənəd qəbulu elan edilib.

Proqram çərçivəsində 2015/2016-cı tədris ili üçün tələbə, magistrant və doktorantların mübadiləsi həyata keçiriləcək. Tələbə, magistrant və doktorantlar bir və ya iki semestr ərzində Türkiyənin müvafiq universitetlərində  təhsil ala bilərlər.

Mübadilə ilə bağlıbütün xərclər YÖK təqaüdü hesabınaödəniləcək. Proqramda ADİU-nun bütün fakultələrində təhsil alan tələbə, magistrant və doktorantlariştirak edə bilərlər.

Proqramda iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:

  1. I, II, III kursda təhsil alan tələbələr üçün – minimum orta qiymət 75 (100 ballıq qiymətləndirmə sistemində);
  2. Magistrantlar və doktorantlar üçün – minimum orta qiymət 80 (100 ballıq qiymətləndirmə sistemində);
  3. İngilis dilində təhsil almaq istəyənlər üçün sertifikat (IELTS/TOEFL).

Poqramda iştirak etmək istəyənlər Müraciət Formasını doldurub aprelin 3-dək ADİU-nun Beynəlxalq Əlaqələr Departamentinə təqdim etməlidirlər.

Əlaqələndirici şəxslər:

Afət Ələkbərova, Beynəlxalq Əlaqələr Departamentinin əməkdaşı, tel.: 012 4926045; e-mail: [email protected]

Ziba Ağayeva, Beynəlxalq Əlaqələr Departamentinin əməkdaşı, tel: 012 4926045; e-mail:[email protected]

Proqramla bağlı daha ətraflı məlumat www.mevlana.yok.gov.tr ünvanından əldə oluna bilər.

Qeyd: 16 Mart 2015-ci il tarixində saat 15.00-da ADİU-nun əsas tədris binasının Kiçik akt zalında Mevlana Proqramının təqdimatı keçiriləcək.

Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - Vazol - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - postegro giriş - ucuz uz - vozol -
volgerskopen.com