Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Fransanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Montpellier Universiteti arasında həyata keçirilən Beynəlxalq İdarəetmə və Biznes üzrə İkili Diplom Proqramına tələbə qəbulu elan edilir.Proqram UNEC tələbələrinə Avropa ali təhsil mühitində təhsil almaq, beynəlxalq akademik təcrübə qazanmaq və məzun olduqdan sonra iki ali təhsil diplomu əldə etmək imkanı yaradır.
Proqram haqqında məlumat
Təhsil müddəti: 1 il (bakalavr səviyyəsi, 3-cü kurs)
Tədris dili: İngilis dili
Təhsil haqqı: 2500 euro
Tədris yeri: Montpellier Universiteti, Fransa
Diplom: UNEC və Montpellier Universitetinin ikili diplomu
Müraciət edə biləcək şəxslər:
Aşağıdakı ixtisaslar üzrə tədris alan tələbələr:
Təqdim ediləcək sənədlər
Son müraciət tarixi: 06 mart 2026-cı il
Seçilmiş namizədlərin siyahısı UNEC tərəfindən Montpellier Universitetinə təqdim olunur. Təhsil haqqı Montpellier Universitetinin mövcud qaydalarına uyğun olaraq ödənilir. Yaşayış və gündəlik xərclər tələbənin şəxsi məsuliyyətindədir. Montpellier Universiteti tərəfindən yataqxana dəstəyi göstərilir.
E-mail: [email protected]
Əlaqə telefonu: +994 12 492 18 82
Ünvan: UNEC – Beynəlxalq Əməkdaşlıq Departamenti (Əsas bina 115-ci otaq)