Niderlandda təhsil almaq imkanı

29 MART 2016

Erasmus+ mübadilə proqramı vasitəsi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin(UNEC)iki tələbəsi Amsterdam Azad Universitetində (Vrije University of Amsterdam) payız semestri üçün mübadilədə iştirak etmək hüququ qazana bilər.

Proqramda iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:
1. bakalavr pilləsinin I və II kurs tələbəsi
2. minimum orta qiymət 90 (100 ballıq qiymətləndirmə sistemində)
3. İngilis dilində əla qavrama, yazı və danışıq qabiliyyəti (TOEFL 580 və ya  92 ibt, IELTS Academic 6.5)

Tələb olunan sənədlər:

 

  1. Transkript (ÜOMG göstərilməklə)
  2. Motivasiya məktubu
  3. İngilis dili biliyini təsdiq edən sənəd və ya sertifikat
  4. Xarici pasportun surəti
  5. 3×4 şəkil – 2 ədəd

 

Amsterdam Azad Universitetinin dərsləri haqqında məlumat əldə etmək və seçmək üçün:

http://www.vu.nl/en/study-guide/2015-2016/exchange/index.aspx?view=modulegroep&origin=50989863×50989844&id=50989917

Seçim mərhələsi iki pillədən təşkil olunacaq:

1-ci mərhələdə UNEC-in müsahibə komissiyası tərəfindən ilk 10 namizəd seçiləcək (aprelin 4-ə kimi)

2-ci mərhələdə skype musahibəsində Amsterdam Azad Universiteti təqaüdü qazanacaq tələbənin adını açıqlayacaq (aprelin 30-a kimi).

 

Müraciət müddəti:
Müraciət üçün son tarix: 1 aprel 2016-ci il.
Sənədləri təqdim etmək və Proqram haqqında daha ətraflı məlumat əldə etmək üçün Beynəlxalq əlaqələr departamentinə  (Aysel Musayeva və Afət Ələkbərova, 115-ci otaq, UNEC-in əsas tədris binası) müraciət etmək lazımdı.

Əlaqə üçün:
Beynəlxalq əlaqələr departamenti
Telefon: +994 12 492 60 45