Erasmus+ mübadilə proqramı vasitəsi ilə UNEC-in bakalavr tələbələri Türkiyənin Orta Doğu Teknik Universitetində (ODTÜ) payız və ya yaz semestrləri üçün mübadilədə iştirak etmək hüququ qazana bilərlər.
Proqramda iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:
1.Bakalavr pilləsində təhsil almalı;
2.Minimum orta qiymət 91 (100 ballıq qiymətləndirmə sistemində) bal olmalı;
3.İngilis dilində B1 səviyyəsində əla qavrama, yazı və danışıq qabiliyyətinə sahib olmalıdırlar.
Tələb olunan sənədlər:
1.Transkript (ÜOMG göstərilməklə)
2.Tədris protokolu (LEARNING AGREEMENT FOR APPLICANTS OF ERASMUS+)
3.İngilis dili biliyini təsdiq edən sənəd (IELTS/ TOEFL arayışı və ya ingilis dilində tədrisi təsdiq edən arayış)
4.Motivasiya məktubu (ingilis dilində)
5.Xarici pasportun surəti
6.Tələbə bileti
7.3×4 şəkil – 2 ədəd
Məlumat üçün: (Erasmus ICM Quick Reference)
Müraciət üçün son tarix: 8 aprel 2016-cıil
Proqram haqqında daha ətraflı məlumatı Beynəlxalq əlaqələr departamentindən əldə etmək olar.
Əlaqədar şəxs: Pərvin Paşayeva
Əlaqə: UNEC-in Beynəlxalq Əlaqələr Departamenti,
Tel.: +994 12 492 60 45
Erasmus ICM Quick Reference Guide for Partner Country HEIs_Oct2015