Rusiya Ali İqtisadiyyat Məktəbi MTU-nin professoru Fuad Ələsgərov UNEC-də çıxış edəcək

18 APREL 2023

Fuad_Alesgerov_180423Aprelin 28-də Rusiya Elmi-Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbinin Təhlil və Qərar Qəbulu Beynəlxalq laboratoriyasının müdiri, İqtisadiyyat fakültəsinin Riyaziyyat departamentinin rəhbəri, Rusiya Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutunun laboratoriya müdiri professor Fuad Ələsgərov UNEC-də “Dərin qeyri-müəyyənlik şəraitində ölkələrin ərzaq təhlükəsizliyinin qiymətləndirilməsi” mövzunda məruzə ilə çıxış edəcək.

Tədbir 28 aprel, saat 15-00-da UNEC-in əsas tədris binasının Ağ zalında olacaq.