Scopus və Scopus AI üzrə təlim keçiriləcək

27 OKTYABR 2025

28 və 30 oktyabr 2025-ci tarixlərində Saide Sak, Elsevier şirkətinin Scopus üzrə menecerinin rəhbərliyi ilə Scopus və Scopus AI platformaları üzrə onlayn təlim keçiriləcək.

İştirakçılar dünyanın ən nüfuzlu elmi məqalə və istinad bazalarından biri olan Scopus platformasında səmərəli naviqasiya bacarıqlarını öyrənəcək, genişləndirilmiş axtarış alqoritmlərindən istifadə qaydalarını mənimsəyəcək və süni intellekt texnologiyalarına əsaslanan Scopus AI alətinin imkanları ilə tanış olacaq.

Təlim tədqiqatçılar, kitabxana əməkdaşları və tələbələr üçün nəzərdə tutulub. Məqsəd iştirakçıların elmi-tədqiqat ekosistemində rəqabətqabiliyyətliliyini artırmaq və analitik bacarıqlarını inkişaf etdirməkdir.

İştirakçılar tədbirə saat 15:00-da qoşula bilərlər.

Təlimdə iştirak etmək istəyən  şəxslər aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər.