Tələbələrin nəzərinə: FUTURE-17-yə qeydiyyat başlayıb

04 FEVRAL 2026

QS təşkilatının və Exeter Universitetinin birgə təsis etdiyi Future17 proqramı, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə yönəlmiş layihələrdə iştirak etmək üçün çoxmillətli təşkilatları, aparıcı universitetləri və tələbə komandalarını birləşdirən qlobal təşəbbüsdür.

Layihədə iştirak edən tələbələr, layihənin tərəfdaşı olan digər universitetlərin tələbələri ilə birgə komandalar yaradaraq fəaliyyət göstərəcəklər. Layihənin işçi dili ingilis dilidir.

İştirak üçün şərtlər:

  • Bakalavr 2, 3 və 4-cü kurs tələbələri
  • Magistratura 1 və 2-ci kurs tələbələri.

Yer sayı  məhduddur, qeydiyyatdan  ilk keçən və seçim şərtlərinə uyğun gələn tələbələrə üstünlük veriləcək.

QEYDİYYAT

Qeydiyyatdan keçmək üçün son tarix: 6 fevral 2026.