UNEC-ə qəbul olunan abituriyentlər 28.08.2025-08.09.2025-ci il tarixləri arası elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün abituriyent https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidir. Portal üzərində qeydiyyat prosesi və Təhsil Tələbə Kredit Fonduna müraciət forması ilə linkə https://www.youtube.com/watch?v=pn-yMXbn-fE klik etməklə tanış olamaq mümkündür.
Bundan əlavə abituriyentlər UNEC-in rəsmi saytına (https://unec.edu.az/ )daxil olaraq, “Tələbə kabineti” qeydiyyat bölməsinə keçid almaqla (kabinet.unec.edu.az) sənədlərini elektron formada sistemə yükləməlidirlər. Təqdim olunan linkə https://www.youtube.com/watch?v=LhtVllbcPM8 klik etməklə qeydiyyat prosesi ilə tanış ola bilərsiz.
QEYD: Hər iki platformada (portal.edu.az və unec.edu.az) qeydiyyatdan keçmək mütləqdir. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcəkdir.
Tələb olunan sənədlər
Dövlət sifarişi və ödənişli əsaslarla qəbul olan abituriyentin qeydiyyatı üçün aşağıdakı sənədlər tələb olunur:
*Qeyd: ödənişli əsaslarla qəbul olan bakalavrlar qeydiyyatdan keçərkən I ilin təhsil haqqının minimum 50%-ni ödəməlidirlər.
Təhsil haqqından azad olunan bakalavrlardan aşağıdakı sənədlər tələb olunur: (tələb olunan sənədlər PDF formatında yüklənməlidir)
Qeyd: Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.
Əsas: “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2019-cu il tarixli 1155 nömrəli Sərəncamı
Əsas: Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli 1722 nömrəli Sərəncamı
3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar:
Qeyd 1: Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir. Bu güzəşt əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir.
Əsas: “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu (22 iyun 1999-cu il tarixli 693-IQ nömrəli)
4. Şəhid ailəsinin üzvü olanlar:
Qeyd: Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.
Əsas: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu (3 sentyabr 1993-cü il tarixli 697 nömrəli)
5. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər:
a) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş vətəndaşların uşaqları:
Qeyd: Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir. Əlilliyin səbəbi sərəncamda göstərildiyi kimi olmalıdır. Güzəşt 2014/2015-cü tədris ilindən etibarən tətbiq edilir.
b) Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları:
Qeyd: Güzəşt 2014/2015-cü tədris ilindən etibarən tətbiq edilir.
c) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər:
Qeyd: Güzəşt 2023/2024-cü tədris ilindən etibarən tətbiq edilir.
Əsas: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 347 saylı sərəncamı
Qeyd: Qeydiyyat zamanı tələb olunan sənədlərin əsli tədris həftəsi başladıqda tələbə tərəfindən təhsil alacağı fakültə, mərkəz və ya məktəbin məsul əməkdaşına təhvil verilməlidir.
Qeydiyyat zamanı hər hansı sual yaranarsa qəbul olduğunuz fakültə üzrə məsul şəxslərlə əlaqə saxlaya bilərsiniz.
Qaynar xətt: +994 492 59 03 (1199)