Seminarın əsas məqsədi insan zehnində çoxlu şəxsiyyətlərin formalaşması fenomeninə elmi-praktik yanaşmanı təqdim etmək, bu vəziyyətin psixoterapiya prosesində və gündəlik sosial mühitdə təzahür formalarını iştirakçılara izah etməkdir.
Tədbirdə iştirakçılar:
– Çoxlu şəxsiyyət pozuntusunun mahiyyəti və səbəbləri barədə məlumat alacaq,
– Onun müxtəlif kontekstlərdə müşahidə olunma formaları ilə tanış olacaq,
– Psixoloji dəstək və müdaxilə üsulları üzrə praktiki biliklər əldə edəcəklər.
Seminar tələbələr və mövzuya maraq göstərən ictimaiyyət üçün nəzərdə tutulub.