UNEC-də “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (PMS)” növü üzrə təlim keçirilir

10 OKTYABR 2025

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (PMS)” növü üzrə sertifikatlaşdırma imtahanının 1-ci mərhələsi – “Mühasibat uçotu” fənni üzrə təlim təşkil olunur.

Təlimin məqsədi:

– İştirakçıların MHBS və MUBS üzrə nəzəri və praktiki biliklərini artırmaq;
– Maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun tərtibi bacarığını formalaşdırmaq;
– PMS imtahanının 1-ci mərhələsinə sistemli hazırlıq təmin etmək.

Təlim 15 mövzudan ibarət proqram əsasında keçiriləcək və iştirakçılara beynəlxalq mühasibat uçotu və maliyyə hesabatlarının hazırlanması sahəsində nəzəri və praktiki biliklər qazandıracaq.

Təlimin tematik planı:

  1. Maliyyə Hesabatları üzrə konseptual əsaslar
  2. Maliyyə hesabatlarının təqdimatı (MUBS №1)
  3. Ehtiyatlar (MUBS №2)
  4. Müştərilərlə müqavilələr üzrə gəlirlər (MUBS №15)
  5. Uzunmüddətli maddi aktivlər
  6. Qeyri-maddi aktivlər və qudvil
  7. İcarələr (MHBS №16)
  8. Qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər, şərti aktivlər.
  9. Hesabat dövründən sonrakı hadisələr.
  10. Hesablanmış xərclər, gəlirlər və qabaqcadan ödəmələr.
  11. Debitor borcların uçotu və hesabatda əks etdirilməsi.
  12. Maliyyə alətləri
  13. Mənfəət vergisi (MUBS №12)
  14. Maliyyə vəziyyəti haqqında hesabatın hazırlanması və təqdimatı
  15. Mənfəət və zərər haqqında hesabatın hazırlanması və təqdimatı
  16. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (MUBS №7)
  17. Konsolidə olunmuş maliyyə vəziyyəti haqqında hesabatın hazırlanması və təqdimatı
  18. Konsolidə olunmuş mənfəət və zərər haqqında hesabatın hazırlanması və təqdimatı

.
Əlaqə: 055806 8122; 012 441 45 39, Ömürboyu təhsil mərkəzi

Təlimçi: UNEC-in maliyyə və mühasibatlıq üzrə ixtisaslaşmış mütəxəssisləri