İyunun 4-dən başlayacaq bu iki həftəlik proqram maliyyə sahəsinə marağı olan tələbələrin nəzəri və praktiki biliklərini artırmaq məqsədi daşıyır.
Proqram çərçivəsində iştirakçılar Bloomberg terminallarından istifadə bacarıqlarını inkişaf etdirəcək, maliyyə bazarlarının təhlili, iqtisadi göstəricilərin qiymətləndirilməsi və real vaxt rejimində maliyyə məlumatlarının araşdırılması üzrə biliklər əldə edəcəklər. Təlimin əsas mövzularına BMC modullarına giriş, şirkət təhlilləri, qlobal bazar tendensiyalarının izlənməsi və Bloomberg platformasının funksional imkanları daxildir.
Təlimlər UNEC-in Bloomberg Maliyyə Laboratoriyasının rəhbəri Səidə Xəlil tərəfindən aparılacaq. Proqramı uğurla tamamlayan tələbələr beynəlxalq səviyyədə tanınan Bloomberg Market Concepts (BMC) sertifikatı ilə təltif olunacaqlar.
Təlimin başlama tarixi: 4 iyun
Qeydiyyat üçün son tarix: 3 iyun