UNEC müəllimlərinin Rumınıyada dərs demək imkanı

28 NOYABR 2017

siglasiteupitAvropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ Proqramı çərçivəsində Rumınıyanın Pitesti Universitetində dərs demək imkanı təklif olunur.

Erasmus+ Mübadilə Proqramı çərçivəsində UNEC-in müəllimləri tələbə-müəllim heyəti ilə görüşüb bilik, təcrübə mübadiləsi aparmaq və dərslərdə iştirak etmək imkanı əldə edə bilərlər.

Proqram müəllimlərin yol və gündəlik xərclərini qarşılayır.

Proqrama müraciət etmək istəyən müəllimlər tədris edəcək fənin ingilis dilində syllabusunu, CV və pasportu Beynəlxalq Əlaqələr Departamentinə təqdim etsinlər.

Son müraciət tarixi: 7 dekabr 2017-ci il

Ətraflı məlumat və əlaqə üçün: Beynəlxalq Əlaqələr Departamenti, Afət Ələkbərova, əsas tədris binası, 115-ci otaq, tel.: 492-60-45