Bakı Fond Birjası, CFA İnstitutu ilə tərəfdaşlıq çərçivəsində UNEC tələbələrinə maliyyə və investisiya sahəsində beynəlxalq səviyyədə tanınan CFA Institute Investment Foundations® sertifikat proqramında iştirak etmək imkanı yaradır!
Proqram haqqında qısa məlumat:
Bu kurs tələbələrə qlobal maliyyə sisteminin quruluşu, etik məsuliyyətlər və investisiya sənayesi barədə əsas bilikləri təqdim edir. Proqtam maliyyə, iqtisadiyyat və ya biznes sahəsində karyera planlaşdıran tələbələr üçün ideal başlanğıcdır.
Üstünlüklər:
- CFA İnstitutundan beynəlxalq tanınan sertifikat əldə etmək
- CFA Level 1 imtahanında iştirak haqqı Bakı Fond Birjası tərəfindən tam qarşılanacaq
- CV və iş imkanlarını gücləndirmək
- İnvestisiya, bazarlar və etik davranış barədə əsas anlayışları mənimsəmək
- Bakı Fond Birjasının dəstəklədiyi peşəkar şəbəkənin bir hissəsi olmaq
Standart qiyməti 350$ olan bu proqram UNEC tələbələri üçün cəmi 79$-a təqdim olunur!
Son müraciət tarixi: 30 sentyabr 2025
Müraciət üçün: CV-nizi [email protected] ünvanına, mövzu hissəsinə “CFA Certificate program” yazmaqla göndərin.