UNEC-in müəllim və əməkdaşları üçün ingilis dili təlimlərinə start verilir!

03 NOYABR 2025

UNEC-də yaşı 50-yə qədər olan 100 müəllim və əməkdaş üçün ingilis dili təlimlərinə start verilir!

2025-26-ci tədris ilində UNEC ingilis dili biliklərinin təkmilləşdirilməsi məqsədilə xarici dil mütəxəssisləri tərəfindən İngilis dili üzrə təlimlərin təşkili nəzərdə tutulur. İştrakçılar müsabiqə əsasında seçiləcək. Təlimlərlə bağlı aşağıdakıları nəzərə almağınızı sizdən xahiş edirk:

  • Dərslər peşəkar xarici dil müəllimləri tərəfindən aparılacaq;
  • Dərslər iki semestr ərzində davamlı şəkildə təşkil olunacaq;
  • Dərslər onlayn/offline formatda, əsasən axşam saatlarında keçiriləcək
  • Tədris prosesi 4 əsas bacarığın (dinləmə, danışıq, oxu, yazı) inkişafına yönəldiləcək;
  • İlk dərsdə diaqnostik test keçiriləcək (fərdi zəif və güclü tərəflərin müəyyənləşdirilməsi üçün);
  • Hər ay iki dəfə “progress test” – inkişafı yoxlama imtahanı keçiriləcək;

Kursun sonunda iştirakçılar APTIS imtahanı verərək əldə etdikləri səviyyəni rəsmi şəkildə təsdiqləyəcəklər.

Təlimlərin sonunda uğurlu nəticə əldə etmiş müəllim və əməkdaşlarımızın xaricdə dil təkmilləşdirmə kurslarında iştirakı nəzərdə tutulur. Müraciət linki 07.11.25-ci il tarixinədək aktiv olacaq. İmtahan haqqında məlumat göndəriləcək.

Təlimlərə qoşulmaq üçün müraciət linki: