Fakültələrarası basketbol yarışmasının qalibi bəlli oldu

22 APREL 2015 | VIEWS:

Aprelin 21-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Ümummilli lider  Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan fakültələrarası basketbol yarışı başa çatıb. Tələbələrin aktiv iştirak etdiyi final yarışında Türk dünyası işlətmə fakültəsinin komandası qalib olub. İkinci yeri Biznes inzibatçılığı, üçüncü yeri isə Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin komandası qazanıb.