Noyabrın 13-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Ümumdünya Elm Günü”nə və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illiyinə həsr olunan “Elm Günləri” başa çatıb.
Universitetin rektoru, professor Ədalət Muradov bildirib ki, “Elm Günləri”nin keçirilməsində məqsəd UNEC-də elmi tədqiqatların stimullaşdırılmasıdır. Rektor bundan sonra da universitetdə elmi tədqiqatlara daha çox yer verilməsinin vacibliyini vurğulayıb. Ə.Muradov gənc tədqiqatçı, magistrant və tələbələr arasında elan edilən elmi məqalə müsabiqəsində fərqlənən gənclərin universitetin elmi tədqiqat işlərinə cəlb ediləcəyini bildirib. Eyni zamanda, müsabiqə qaliblərinin İnkişaf iqtisadiyyatı loboratoriyasının start verdiyi “Azərbaycan neftinin dünya bazar qiymətinin proqnozlaşdırılması” layihəsinə cəlb ediləcəklərini əlavə edib.
UNEC-in gənc tədqiqatçı, magistrant və tələbələri arasında elan edilən elmi məqalə müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, üç gün davam edən “Elm Günləri” müasir cəmiyyətdə iqtisad elminin əhəmiyyəti barədə plenar iclaslarla davam edib. Universitetin əsas tədris binasında Maliyyə və mühasibat fakültəsinin müdiri professor Sifariz Səbzəliyevin sədrliyi ilə keçirilən dəyirmi masada “Maliyyə-kredit institutlarının fəaliyyətinə yeni nəzarət modeli: dünya təcrübəsi və Azərbaycan reallığı” və “Auditin aparılmasında iqtisadi təhlildən istifadənin rolu” mövzusunda məruzələr dinlənilib. Dinlənilən məruzələr ətrafında geniş müzakirələr aparılmışdır.
II tədris binasında keçirilən dəyirmi masada professor Əli Əlirzayev müasir dövrdə iqtisad elminin əsas inkişaf istiqamətlərindən danışıb. Müzakirə zamanı professorlar uzun müddət apardıqları tədqiqat nəticələrini ümumiləşdirərək, diskussiya xarakterli məsələlərə toxunublar.
III tədris binasında təşkil olunan dəyirmi masada professor Əli Həsənov istehlak mallarının istehsalının artırılması, keyfiyyətinin yüksəlməsi istiqamətində müasir dövrdə qarşıda duran vəzifələrdən, istehlakçıların daim artan tələbinə uyğun olaraq mal çeşidinin yeniləşməsi, keyfiyyətin yüksəldilməsində aparılan elmi araşdırmaların əhəmiyyəti və nəticə etibarı ilə bütün bu göstərilən tədbirlərin iqtisadiyyatın inkişafındakı rolundan danışıb.
Dəyirmi masada 21 tələbə və magistrantların məruzələri dinlənilib, müzakirələr aparılıb.
IV tədris binasında keçirilən dəyirmi masada “Təhsilin keyfiyyətinin yüksəldilməsində innovativ metodlardan istifadə” və “Korporativ layihələrin idarə edilməsində dövlətin rolu” mövzusunda məruzələr dinlənilib. Müzakirələr aparılıb.
Qaliblər:
| GƏNC TƏDQİQATÇILAR | ||
| Qiyasova Zeynəb Həbibağa (I yer) | Gənc tədqiqatçı | İnnovativ iqtisadi inkişafın formalaşdırılması strategiyası: Neftin ucuzlaşması fonunda ölkəmizdə fiskal siyasətin əsas istiqamətləri | 
| Kərimzadə Mehriban Vaqif (II yer) | Gənc tədqiqatçı | Azərbaycanda aqrobiznes sistemi və onun inkişafinin istiqamətləri | 
| Mirzəbəyova Mehriban Saməddin (III yer) | Gənc tədqiqatçı | İqtisadiyyatin dövlət tənzimlənməsinin mahiyyəti və prinsipləri | 
| Quliyev Rövşən Mustafa | Gənc tədqiqatçı | Qeyri-neft sektorunun inkişafının prioritetliyi | 
| MAGİSTRANTLAR | ||
| Abdullayeva Səyyarə Nicat (I yer) | Magistr | Marketinq strategiyası vasitəsi ilə rəqabət üstünlüklərinin təmin edilməsi yolları. | 
| Колосовская Дина Валентиновна (II yer) | Magistr | Перспективы создания промышленных зон и технопарков в Азербайджане | 
| Cəfərli Cəfər Azad (III yer) | Magistr | Azərbaycanda yetişən yerli şirinləşdiricilər əlavə olunmaqla aşağı kalorili keks texnologiyası və reseptinin işlənib hazırlanası. | 
| Ağayeva Səidə Mirkazım | Magistr | Təsərrüfat əməkdaşları ilə topdansatış bazarının subyektləri arasında qarşılıqlı fəaliyyət metodlarının təkmilləşdirilməsi. | 
| Məmmədov Elvin Məhəbbət | Magistr | Azərbaycan ixracinin diversifikasiyasi istiqamətində iqtisadiyyatin rəqabətliliyinin artirilmasi yollari | 
| BAKALAVRLAR | ||
| Əhmədova Nazəni Nadir (I yer) | Bakalavr | Sahibkarlığın inkişafının ÜDM-yə təsirinin statistik təhlili. | 
| Ömərova Tuburə Мahir (II yer) | Bakalavr | Стабильность уровня качества товаров и услуг. | 
| Heydərli Rabiyət Rövşən (III yer) | Bakalavr | Azərbaycanın sosial – iqtisadi inkişafı: nailiyyətlər və perspektivlər | 
| Qurbanova Fəridə Asif | Bakalavr | Ərzaq məhsullarının keyfiyyətinin yüksəldilməsində bitki yağlarının istehsalının artırılması yolları |