Hikmət Şıxməmmədov

Hikmət Şıxməmmədov 6 dekabr 1995-ci ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Ağstafa rayonu Kəsəmən kəndinin 2 saylı məktəbində orta təhsil alıb.

2013-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  Biznes və menecment fakültəsində “Biznesin idarə edilməsi” ixtisası üzrə bakalavr təhsili alıb.

29 sentyabr 2020-ci ildə  könüllü olaraq cəbhəyə yola düşüb. Füzuli, Şuşa və bu istiqamətdə digər rayonların işğaldan azad edilməsində fəal iştirak edib. Noyabrın 8-də Şuşa yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ağstafa rayonunda dəfn  olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə”  medalları ilə təltif edilib.

Şəhid Hikmət Şıxməmmədovun təltifləri