1950-ci ildə Naxçıvan şəhərinin Şərur rayonunun Şəhyar kəndində anadan olmuşdur.
1956-1966-cı illərdə Naxçıvan şəhərinin Şərur rayonunun Yenicə kəndində orta məktəbdə təhsil almışdır.
1967-cı ildə D.Büniyatzadə adına Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) “Əməyin iqtisadiyyatı” ixtisasına daxil olmuşdur.
1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmiş və həmin ildə “Siyasi iqtisadiyyat” ixtisası üzrə aspiranturaya daxil olmuşdur.
1976-cı ildə aspiranturanı bitirmişdir.
1974-1975-ci illərdə hərbi xidmətdə olmuşdur.
1976-1978-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində baş laborant;
1978-ci ildən baş müəllim işləmişdir.
1991-ci ildən ”İqtisadi nəzəriyyə” kafedrasının dosenti olub. Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının dosentidir.
20-dən artıq elmi əsərin müəllifidir.
Evlidir, dörd övladı, bir nəvəsi var.