bim_muz_foto - копияi.e.n., dos. Məmmədov Müzəffər Qulu oğlu

20 dekabr 1947-ci ildə Naxçıvan MR-nın Ordubad rayonunun Gənzə kəndində anadan olmuşdur.

1965-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur.
1969-cu ildə D.Bünyadzadə adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirmişdir. İxtisası Dünya iqtisadiyyatıdır.

1980-ci ildə Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının “Tələbə dəstələrində fəal işinə görə” medalı ilə təltif edilmişdir.

1969-cu ildən İqtisad Universitetində işləyir. 2004-cü ildən “BİM” kafedrasının dosentidir.

 

 

 

*
2004-cü ildə namizədlik dissertasiyasını müdafiə etmiş, iqtisad elmləri namizədi adı almışdır. Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın 27 iyun 2007-ci il tarixli qərarı ilə dosent elmi adına layiq görülmüşdür.

25 sentyabr 2006-cı ildə “Hacı Zeynalabdin Tağıyev” mükafatı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 aprel tarixli 1430 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adı verilmişdir.

24 noyabr “2007-ci ildə “Qızıl Qələm” mükafatı ilə təltif edilmişdir.

Təhsil və elm sahəsində böyük xidmətlərinə görə BMT-nın İctimai Mükafatlar Şurasının 15 dekabr 2009-cu il tarixli 172 saylı qərarı ilə “Şərəf və Ləyaqət” Avropa Ordeni ilə təltif edilmişdir.