stat_foto_rafiqi.e.n., dos. Seyidov Rafiq Seyid oğlu

28 iyun 1938-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur.
1956-cı ildə 160 saylı orta məktəbi bitirmişdir.

1956-1960-cı illərdə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) təhsil almışdır.
1962-1967-ci illərdə Moskva şəhərində Tikinti İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun aspiranturanı bitirib, iqtisad elmləri namizədi elmi dərəcəsi adını almışdır.

 

 

*

1971-ci ildə Azərbaycan Ali Attestasiya Komitəsi tərəfindən dosent diplomu verilmişdir.

“Statistika” kafedrasının dosenti olub.

50-dən artıq elmi məqalə, dərslik, metodik göstərici və tədris proqramının müəllifidir.

2009-cu ildə  “Sosial-iqtisadi statistikası” dərsliyin (rus dilində) hazırlamışdır.

Hazırda UNEC-in Fəxri professorudur.

Evlidir, iki övladı və nəvələri var.