tic_natavan_fotoi.f.d., b/m. Rzayeva Natavan Məmməd qızı

1972-ci il martın 20-də  Bakı şəhərində anadan olmuşdur.

1989-1994-cü illərdə N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili fakültəsində təhsil alıb.

1994-2002-ci illərdə «Bakı ayaqqabı» Açıq Tipli Səhmdar Cəmiyyətində mühasib, iqtisadçı-menecer vəzifələrində işləmişdir.

 

*

2012-ci ildə iqtisad elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
2013-cü ildə iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdir.

2002-ci ildən Azərbaycan Dölət İqtisad Universitetinin «Ticarət» kafedrasında işləyib.
Hazırda “Ticarət və gömrük işinin təşkili” kafedrasının baş müəllimidir.

20 elmi məqalənin və tezisin müəllifidir. Bir proqramın və iki kitabın həmmüəllifidir.