Z.Tahirli ölkə ikincisi olmaqla yanaşı, 129 nömrəli tam orta məktəbi fərqlənmə ilə bitirib, Sinqapurda keçirilən SIMOC olimpiadasında 2 qızıl, 1 gümüş medal qazanıb.
Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) dekanı, dosent İnara Rzayeva ilə görüşən abituriyentə UNEC-dəki tədris prosesi, ixtisaslar, beynəlxalq proqramlar, UDİD, Minor proqramları, xüsusi təqaüd imkanları, tələbələrin sosial həyatı, keçid balları barədə ətraflı məlumat verilib və abituriyenti maraqlandıran suallar cavablandırıblar.
Sonra İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Səmayə Şirinova abituriyenti universitetlə tanış edib, tələbə təşkilatları, kitabxanalar, Bloomberg laboratoriyası, UNEC Extern Mərkəzi, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar barədə ətraflı məlumat verib.
“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər (012) 492-60-43 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.