İqtisadiyyat naziri Mikayıl Cabbarov UNEC-in 95 illik yubileyini təbrik edib | VİDEO

19 İYUN 2025 | VIEWS:

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov UNEC-in 95 illik yubileyi münasibətilə məzun olduğu universitetin kollekivinə təbrik ünvanlayıb:

-Hörmətli rektor Muradov, hörmətli tələbələr, professorlar, universitetin müəllim və pedaqoji heyəti,

Qürur hissi ilə Azərbaycan Dövlət İqtisad Universiteti – UNEC-i 95 illik yubileyi münasibətilə, universitetin məzunu kimi, səmimi-qəlbdən təbrik edirəm, gələcək fəaliyyətinizdə, tələbələrə isə gələcək təhsillərində uğurlar arzulayıram!

UNEC ilə məni yalnız məzun olmağım bağlamır. Əslində mən bu əlamətdar gündə 4 istiqamət və 4 münasibəti vurğulamaq istəyirəm. İlk növbədə, qeyd etdiyim kimi, universitetin məzunuyam və bundan qürur hissi duyuram. Universitetin verdiyi bilik və bacarıqlar mənim peşəkar karyeramda və şəxsi həyatımda əvəzsiz rola malik olubdur. İkinci rolum – mən UNEC-də müəllim qismində mühazirə oxumaq şərəfinə layiq  olmuşam. Həmin dövrdən ən xoş xatirələrim, hətta uzun illər ərzində, o cümlədən, bu gün  çalışdığım kollektivdə mənim UNEC-dən olan tələbələrim var.

Çox sevindirici haldır ki, öz tələbələrinin bilik və bacarıqlarına görə, insan kapitalının zənginliyinə görə bu gün UNEC aparıcı ali təhsil  müəssisələrimiz sırasındadır. Möhtərəm cənab Prezident İlhan Əliyevin müvafiq sərəncamına və göstərdiyi etimada əsasən, ölkənin təhsil naziri qismində də fəaliyyət göstərmişəm. Fəaliyyət göstərdiyim dövrdə ali təhsil sistemində həyata keçirdiyimiz islahatlarda ön sıralarda gedən universitetlərdən biri, bəlkə də birincisi məhz UNEC olubdur. Təsadüf deyil ki, rektor Ədalət Muradovun fəaliyyət göstərdiyi dövrdə universitet yeni nailiyyətlər əldə edibdir. Burada müasir kampusdan başlayaraq, UNEC-in beynəlxalq ali təhsil müəssisələri reytinqində, QS reytinqində və digərlərində irəliləyişləri və nailiyyətləri birmənalı şəkildə qeyd olunmalıdır. Lakin inanıram ki, ən böyük nailiyyət universitetin həm müəllim-pedaqoji heyətidir, həm tələbələridir, onun məzunlarıdır.

Fəxr hissi ilə deyə bilərəm ki, bu gün universitet doğru yoldadır və ali təhsil sahəsində, xüsusilə iqtisadi təhsil, iqtisadi araşdırmalar sahəsində nəinki ölkəmizin, bölgəmizin aparıcı universitetlərindən birinə çevrilibdir. Və nəhayət, 4-cü və bu günkü əlaqəm ölkənin iqtisadiyyat naziri kimi bağlıdır. Çox məmnunam ki, bizim iqtisadi araşdırmalarda iqtisadi siyasət seçimlərində, tədqiqatlarda İqtisadiyyat Nazirliyinin ictimai şurasının fəaliyyətində və bir çox digər istiqamətlərdə biz əməkdaşlıq edirik və bu əməkdaşlığın faydasını görürük. İnanıram ki,  ölkənin sosial-iqtisadi inkişafına bu gün UNEC bir ali təhsil ocağı kimi öz dəyərli töhfəsini verir.

Eyni zamanda 95 il çox rəmzi və hər bir ali təhsil ocağı üçün yəqin ki, xüsusi məna daşıyan 100 illik yubileyinin ərəfəsidir. Bu da o deməkdir ki, növbəti beş il üçün universitet qarşısında bir sıra yeni çağırışlar, bir sıra yeni hədəflər qoyulur. Mənim fikrimcə, həmin hədəflərə nail olmaq üçün bu gün həm ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi, həm orta təhsil sistemindən gələn tələbələrimizin, məzunlarımızın, abituriyentlərimizin keyfiyyəti, həm bölgəmizdə Azərbaycanın iqtisadi gündəliyinin formalaşmasında oynadığı rolu, həm son illər ərzində bütövlükdə ali təhsil sistemimizdə elmi tədqiqatyönümlü məqalələrin artırılması və bir sıra digər faktorlar zəruri zəmini yaradır.

İnanıram ki, öz 100 illik yubileyində UNEC maddi-texniki bazası daha da güclü olan bir universitet kimi, birmənalı şəkildə öz tədris proqramlarında süni intellekt həllərinin tədbiqini geniş şəkildə təmin edən universitet kimi, beynəlxalq reytinqlərdə, mən hədəf kimi arzulayardım ki, TOP 200-ə daxil olan bir universitet kimi, regionumuzun ən böyük, iqtisadi sahədə təhsil və tədqiqat həyata keçirən bir universitet kimi və ən əsası, müstəqil, qüdrətli, güclü, Azərbaycanın ləyaqətli məzunlarını, vətəndaşlarını yetişdirən bir ali təhsil ocağı kimi fəaliyyət göstərsin. Bütün bu və digər nailiyyətlərin əldə edilməsində mənim heç bir şübhəm yoxdur. Mən bütün kollektivə səmimi-qəlbdən öz təbriklərimi çatdırıram və getdiyiniz şərəfli yolda yeni-yeni uğurlar arzu edirəm!

İqtisadiyyat naziri Mikayıl Cabbarov UNEC-in 95 illik yubileyini təbrik edib | VİDEO
Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - Premium Hookah - Yeraltı kablo döşeme ürünleri - tipobet - Vazol - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - postegro giriş - ucuz uz - vozol -
volgerskopen.com