İsveçrəli tələbələr UNEC-də təcrübə proqramında iştirak edirlər

20 SENTYABR 2023 | VIEWS:

İsveçrə Konfederasiyasının Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi sayılan HES-SO Ali idarəetmə və iqtisadiyyat məktəbinin 12 tələbəsi UNEC-də təcrübə proqramında iştirak edir.

“Azərbaycanda isveçrəli şirkətlər üçün bazar və biznes mühitinin müəyyən edilməsi və İsveçrə bazarı üçün Azərbaycan nə vəd edir?” adlı intensiv təcrübə proqramı sentyabrın 18-dən 29-dək davam edək.

Proqramın ilk günü isveçrəli tələbələr UNEC-in əsas tədris binasında I kurs tələbələri üçün təşkil olunan Orientasiya günündə iştirak ediblər. Həmçinin 24/7 kitabxana, Ekstern Mərkəzi və Karyera Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

Sonra UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Neman Muradlı tələbələrə “Azərbaycana makro iqtisadi baxış” mövzusunda təlim keçib.

*
https://news.unec.edu.az/xeber/105-telebe/10545-i-svechreli-telebeler-unec-de-tecrube-programinda-ishtirak-edirler